Jurnalist Camal Qaşıqçının qətli ilə bağlı ABŞ-dan sonra İngiltərə və Fransa da Səudiyyə Ərəbistanına sanksiya tətbiq edəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, “Habertürk”ün yazdığına görə, Fransa hökumətindən cinayətdə Səudiyyə Ərəbistanın hökumətinin məsuliyəti sübuta edilərsə, sanksiyanın qüvvəyə minəcəyi bildirilib.
İngiltərə Baş naziri Tereza Mey isə hadisədə şübhəli olan heç bir şəxsin İngiltərəyə buraxılmayacağını deyib. O, gün ərzində məsələ ilə bağlı Kral Salmanla telefon görüşməsi edəcəyini də söyləyib.
Qeyd edək ki, dünən ABŞ hadisədə şübhəli olan 21 səudiyyəli diplomatın vizalarını ləğv edib.