“Qafan şəhərinin yaxınlığında yerləşən Ağdağ (ermənilər Pela deyir) yüksəkliyi Azərbaycanın nəzarətinə keçib. Artıq iki gündür ki, Qafanın strateji baxımından vacib olan bu yüksəklik azərbaycanlıların əlindədir”.
Eləcə də bax: "Zəngəzur və Göyçədən qovulanları öz dədə-baba torpaqlarına qaytaracağıq"
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Qafan icmasının rəhbəri Gevork Parsyan deyib.
Onun sözlərinə görə, iki gün əvvəl dağın bir hissəsi erməni hərbçilərinin, digər hissəsi isə azərbaycanlıların nəzarətində idi.
Yüksəkliyin azərbaycanlılara verilməsi barədə razılıq 2021-ci ilin yanvar-fevral ayında əldə olunsa da, bununla bağlı rəsmi paylaşımlar edilməyib. Ölçmə işləri aparılıb və elektron xəritənin köməyi ilə dağın bir hissəsində Ermənistan, bir hissəsində isə Azərbaycan hərbçiləri yerləşdirilib. İndi isə həmin hissə naməlum səbəblərdən tamamilə onların nəzarətinə keçib”, - deyə Parsyan bildirib.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti isə açıqlama yayaraq Zəngəzur vilayətində yerləşən Ağdağ ərazisində heç bir dəyişiklik baş vermədiyini bildirib: “Ermənistan Respublikasının sərhəd qoşunları sözügedən hissədə dövlət sərhədinin mühafizəsini davam etdirirlər”.