“Azəriqaz” İB-dən Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Bu barədə FED.az-a “Azəriqaz”dan məlumat verilib.
Bildirilir ki, dünyada yayılmış koronavirusun (COVİD-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər. “Azəriqaz” İstehsalat Birliyi də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əmək haqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.