Nazirlər Kabineti 387 nömrəli qərarına dair açıqlama yayıb.
Eləcə də bax: Koronavirusla əlaqədar postlar qurulub
FED.az xəbər verir ki, açıqlamada deyilir:
Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin 387 №li qərarına əsasən Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında:
- 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;
- 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;
- 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.