Banner

Dövlət

Daha 17 dövlət şirkəti yeni Holdinqin nəzarətinə keçəcək - TOPLANTI

Daha 17 dövlət şirkəti yeni Holdinqin nəzarətinə keçəcək - TOPLANTI | FED.az
19:56 12 Yan 2021

Yanvarın 12-də Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Holdinqin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən FED.az-a bildiriblər ki, iclasda 2021-ci il ərzində Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək 17 portfel şirkətin rəhbərləri ilə görüş keçirilib və Azərbaycan Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanında şirkətlərə verilmiş tapşırığın icra vəziyyəti və digər cari məsələlər müzakirə edilib.

 

Banner

Digər xəbərlər