COP29 ilə əlaqədar sərhədçilər tərəfindən silsilə tədbirlər davam edir
FED.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında xidmət edən hərbi qulluqçuların iştirakı ilə Xəzər dənizinin Azərbaycan ərazisinə aid olan hissəsində, sahildə və adalarda sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə müvafiq qaydalara, gigiyena və ekoloji normativlərə uyğun şəkildə məişət tullantılarının təmizlənməsi və Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınması həyata keçirilib.
Azərbaycan sərhədçisi dövlət sərhədinin mühafizəsi və müdafiəsi ilə yanaşı gələcək nəsillərə təmiz dünya ötürmək naminə təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, ekoloji tarazlığın bərpasına yardım məqsədilə təmizlik və abadlıq işlərinin aparılmasında əzmkarlıq və həmrəylik nümayiş etdirir.