Rəsmi Pekin Çinin iqtisadi sahədə qanunlarını və maraqlarını pozan xarici təşkilatların “qara siyahısını” tərtib edəcək.
FED.az xəbər verir ki, “İnterfax”ın məlumatına görə, bu addım Çin və ABŞ arasındakı münaqişəni dərinləşdirəcək və minlərlə xarici şirkəti təhlükəyə atacaq.
Eləcə də bax:Afrika Birləşmiş Ştatları: XƏYAL yoxsa GERÇƏKLİK
“Məlumata görə, bazar qaydalarına tabe olmayan, müqavilələrin şərtlərini pozan, qeyri-işgüzarlığa görə malların çatdırılmasını məhdudlaşdıran xarici şirkətləri, təşkilatları və fərdi şəxslər qara siyahıya salınacaq”, - deyə Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen bildirib.
Onun sözlərinə görə, bəzi şirkətlərin əməlləri Çinin milli təhlükəsizliyini təhlükə altına alır və qlobal iqtisadiyyat üçün mənfi nəticələnə bilər.
Q. Fen “qara siyahı”ya hansı şirkətlərin daxil ediləcəyi haqda məlumat verməyib.
Çinli rəsmilərin fikrincə, “qara siyahı” dünya iqtisadiyyatını və beynəlxalq ticarət sisteminin təhlükəsizliyini təmin edəcək və ticarət proteksionizmi ilə mübarizəyə təkan verəcək.