Çin maraqlarını müdafiə etməyə hazırdır
FED.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü Gao Feng, Çinin ABŞ ilə ticarət müharibəsində maraqlarını müdafiə etməyə tam hazır olduğunu, ancaq ABŞ-ın problemləri birtərəfli addımlar yerinə dialoq yolu ilə həll edə biləcəyinə ümid etdiklərini deyib.
"Çinin maraqlarını müdafiə etmək üçün iradə və gücü var, ancaq ABŞ-ın Çin ilə orta nöqtəyə gələcəyinə ümid edirik" deyən Gao Feng, Çinin ABŞ-ın gömrük tariflərinə baxmayaraq, Çin Baş nazirin köməkçisinin başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqtona göndərərək səmimiyyətini göstərdiyini vurğulayıb.
Bir razılaşmaya gəlmək üçün hər iki tərəfin səy göstərməsinin lazım olduğunu qeyd edən Gao Feng, Çinin münaqişələri həll etmək üçün danışıqlara davam etmək tərəfdarı olduğunu bildirib. Çinin təktərəfli tarif tətbiqinə qarşı olduğunu və bir ticarət müharibəsinin qalib gələn olmayacağı da təkrarlayan Gao Feng, "Çin heç vaxt təzyiqə boyun əyməyəcək" deyib.
Xəbər verdiyimiz kimi, ABŞ, 200 milyard dollarlıq Çin məhsullarna qarşı gömrük tarifini 10 Maydan etibarən 10 faizdən 25 faizə qaldırır.
Eləcə də bax: ABŞ-dan İrana yeni təklif - DANIŞIQLARA BAŞLAYAQ
©Marja