Xarici işlər naziri İrandakı Azərbaycan vətəndaşları barədə danışıb
İrandakı Azərbaycan vətəndaşları ilə bağlı hələlik bir çətinlik müşahidə olunmayıb. Onlar hər hansı çətinliklə üzləşdikdə Azərbaycanın bu ölkədəki səfyirliyi və baş konsulluğuna müraciət edə bilərlər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə jurnalistlərə xarici işlər naziri Ceyhun Bayramov İrandakı iğtişaşlar və etiraz aksiyalarından sonra buradaki Azərbaycan vətəndaşlarının vəziyyəti barədə danışarkən məlumat verib.
«İrandakı azərbayanlıları barədə mütəmadi şəkildə həm səfirlik həm də təbrizdəki baş konsulluq tərəfindən mütəmadi iş aparılır. Bu iş bir saat da olsa dayanmır. Ona görə də İrandakı Azərbaycanlılar bir çətinliklə üzləşsələr səfirliyə və ya baş konsulluğa müraciət edə bilərlər. Hələlik biz burada hər hansı ciddi problem görmürük və səfirliyimiz və baş konsulluğumuz bununla bağlı fəaliyyətdədir»-deyə nazir bildirib.









