Cəbrayıl şəhəri və rayonuun 9 kəndi işğaldan azad olunub.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
"Cəbrayıl rayonunun böyük hissəsi işğaldan azad olunub. Uzun müddətdən sonra Cəbrayıl işğaldan azad olundu. Cəbrayıl bizimdir".
Prezident qeyd edib ki, bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir.