“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası” dəyişəcək.
Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib - FOTOLAR
FED.az xəbər verir ki bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması prosedurunun müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda üç ay müddətində müvafiq dəyişikliklər edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.