Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi təcrübəsi digər regionlarda da tətbiq ediləcək.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FED.az xəbər verir ki, bunu yanvarın 10-da prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bildirib.
"Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi. İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik", - İlham Əliyev deyib.
Qeyd edək ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda Prezidentinin xüsusi nümayəndəsi tərəfindən idarə olunur.