Büdcə təşkilatlarının 7,5 milyon kommunal borcu yaranıb
Dövlət Statistika Komitəsi büdcə təşkilatlarının istifadə etdiyi kommunal xidmətlər və borcları ilə bağlı vəziyyəti açıqlayıb.
Komitədən FED.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,6 faiz artaraq 125,3 milyon manat təşkil edib.
İstehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz, 8,1 faizini su, 6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi təşkil edib.
2018-ci ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94,0 faizini ödəmiş və 7,5 milyon manat kreditor borc yaranıb.
Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 97,1 faizindən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və 0,4 milyon manatlıq istilik enerjisinə qənaət ediblər.
Büdcə təşkilatlarının 7,5 milyon kommunal borcu yaranıb
12:41
1 Sen 2018