Quba rayonunu icra hakimiyyətinin başçısı dəyişib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ölkə başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Z.Əliyev əvvələr "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində işləyib. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adına layiq görülüb.