Azərbaycan Milli Məclisinin 2019-cu ildə ilk plenar iclasının gündəliyi müəyyənləşib.
FED.az xəbər verir ki, yaz sessiyasında fevralın 1-də baş tutacaq ilk iclasının gündəliyinə 38 məsələ daxildir.
Bunlar MM-in komissiyalarının tərkibin növbəti il üçün yenidən təsdiq edilməsi, yaz sessiyasının qanunvericilik işlər planının təsdiq edilməsi, parlamentin boş qalan komitə sədrlərinin müavinləri vəzifəsinə namizədlərin təsdiqi, “Dövlət borcu haqqında”, “Patent haqqında”, “Reklam haqqında” və bir sıra qanunlara, o cümlədən Ailə, İnzibati Xətalar və Mənzil məcəllələrində bir sıra dəyişikliklərdir.