“Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.
FED.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları idxal gömrük rüsumundan azad olunub.
Bundan başqa, qərar tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olanlara da şamil olunub.
Eləcə də, melassa əlavəsi ilə çuğundur cecəsi, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar idxal gömrük rüsumundan azad edilib.
Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.