Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 5,7 mln ABŞ dolları dəyərində xidmət ixrac edib.
FED.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 mln ABŞ dolları və yaxud 3,5 dəfə azdır.
Xatırladaq ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində AZAL 19,8 mln ABŞ dolları dəyərində xidmət ixrac edib.
Qeyd edək ki, bu ilin mart ayından koronavirus pandemiyası səbəbindən Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.