Bu gündən etibarən Gürcüstan quru sərhədlərini açır.
FED.az xəbər verir ki, Gürcüstan sərhədini yalnız vaksin pasportu olan və ya ölkəyə girişdən əvvəl son 72 saat ərzində koronavirus test nəticəsi mənfi olan şəxslər keçə biləcək.
Bu vəziyyətdə, PCR testi ilə Gürcüstana gələnlər növbəti 72 saat ərzində ikinci bir PCR testi etmək məcburiyyətində qalacaqlar.
Azərbaycana daxil olmaq istəyən Gürcüstan vətəndaşları üçün əvvəlki rejim Azərbaycan Gürcüstanla sərhədlərini açanadək qüvvədə qalacaq.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədləri pandemiyası səbəbi ilə ötən ilin martında bağlanılıb.