Bu gündən Azərbaycanın bəzi şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar bir sıra iş və xidmət sahələrinin fəaliyyətinə qadağa qoyulur.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabadda - Məhkəmələr Təxirə Salınıb
FED.az xatırladır ki, Nazirlər Kabinetinin qərarı ilə koronavirusun qarşısının alınması üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılıb:
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
- muzey və sərgi zallarının fəaliyyəti;
- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.