Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının üçüncü iclası keçiriləcək.
Eləcə də bax: Milli Məclis büdcəyə dəyişiklikləri - II Oxunuşda Qəbul Edib
FED.az xəbər verir ki, iclasda 6 qanun layihəsi müzakirəyə çıxarılacaq. Əvvəlki iclaslarda II oxunuşda qəbul edilmiş həmin sənədlər aşağıdakılardı:
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
“Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
Bugünkü iclasda sadalanan sənədlər növbədənkənar sessiyanın sonuncu iclasında III oxunuşa çıxarılacaq.