Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Gədəbəyin icra başçısı İbrahim Mustafayevə vəzifə verilib.
Eləcə də bax: Prezident İcra hakimiyyəti başçısını - İşdən Azad Etdi - SƏRƏNCAM
FED.az xəbər verir ki, o, Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub.
Həmin şöbəyə Prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.
Xatırladaq ki, İ. Mustafayev 2018-ci ildən Gədəbəyin icra başçısı idi. (virtualaz.org)