Müdafiə Nazirliyi işğalçı Ermənistan ordusuna ciddi zərbələr endirən Azərbaycan Ordusunun əsgərlərinin şücaəti ilə bağlı məlumat yayıb.
Eləcə də bax: Düşmənin canlı qüvvə və texnikası məhv ediliv - SİYAHI
FED.az xəbər verir ki, məlumatda deyilir:
"Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!"