“Azərbaycan xalqı əmin olmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdiriləcək. Bundan sonra spesifik danışıqlar davam etdirilməlidir”.
FED.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib.
“Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmayanadək Cənubi Qafqazda stabillik mümkün deyil. Bunu da deyim ki, dövlətimizə qarşı təzyiqlər də var, Prezident İlham Əliyev bu təzyiqlərə də sinə gərir. Biz bu təzyiqləri çox görmüşük”, -deyə H. Hacıyev qeyd edib. (qafqazinfo.az)