“Bu gün əksər dövlət qurumlarında işçilərin sayının azaldılması ilə işlər davam etdirilir”.
Eləcə də bax: Operativ Qərargahdan "yumşalma qərarı" ilə bağlı - AÇIQLAMALAR - CANLI YAYIM
FED.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, indiyə qədər bir çox dövlət qurumunda 30% işçi işə çıxarılırdı, bu, 50%-ə qədər artırıla bilər: “Azyaşlı uşağı olan valideynlərlə bağlı vəziyyətin qurum rəhbərliyi tərəfindən nəzərə alınacağını düşünürük. Bununla bağlı əlavə tədbirlər nəzərdə tutulmayıb”. (Apa)