Prezident İlham Əliyev, Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə büdcədən 5,3 milyon manat vəsait ayrılacaq.