Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Eləcə də bax: Araq-çaxır buraxırdı, indi tibbi spirt istehsal edir – AZƏRBAYCANDA
FED.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilir:
S/S |
Kod |
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları |
28. |
3926200001 |
Baxillər |
29. |
4015190001 |
Steril və qeyri-steril əlcəklər |
30. |
6307909801 |
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar |
Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.