Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edib.
FED.az xəbər verir ki, bu qərara əsasən nazirliyin tabeliyindəki qurumların sayı artıb. Bunlar Gənclər evləri və Olimpiya mərkəzləridir.
Belə ki, sözügedən qərarla Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında "Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə 21-32-ci hissələr əlavə edilib:
21. “Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi;
22. “Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi;
23. “Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi;
24. “Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi;
25. “Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi;
26. “Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi;
27. “Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi;
28. “Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi;
29. “Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi;
30. “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi;
31. “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi;
32. “Balakən Gənclər evi” sosial xidmət müəssisəsi.”.
Bundan başqa, qərara əsasən, Olimpiya növləri üzrə Milli komandalar üçün təlim-məşq mərkəzi eyni adlı MMC-yə çevrilib.
Eləcə də, aşağıdakı Olimpiya mərkəzləri də nazirliyin tabeliyinə verilib:
1. “Qazax Olimpiya İdman Kompleksi” MMC;
2. “Zaqatala Olimpiya İdman Kompleksi” MMC;
3. “Şəki Olimpiya İdman Kompleksi” MMC;
4. “Qusar Olimpiya İdman Kompleksi” MMC;
5. “Abşeron Olimpiya İdman Kompleksi” MMC;
6. “Ağcabədi Olimpiya İdman Kompleksi” MMC;
7. “Buzovna İdman Zalı” MMC;
8. “Bakı İdman Sarayı” MMC.”.
Bəzi obyektlər Gənclər və İdman Nazirliyinə verilib - QƏRAR, SİYAHI
20:52
13 Yan 2019