Nazirlər Kabinetinin qərarı ilə bəzi mallar gömrük rüsumundan azad edilib.
FED.az xəbər verir ki, yeni qərarla Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən,
2711 12 910 0,
2711 12 930 0,
2711 12 940 0,
2711 13 100 0,
2711 13 300 0,
2711 13 910 0
və
2711 13 970 0
alt yarımmövqeləri üzrə tarif dərəcəsi 15 dollardan sıfıra endirilib.
Sözügedən qərar neft qazları və qaz halında digər karbohidrogenlərə aiddir. Bunlardan
2711 12 910 0 - emalın spesifik prosesləri üçün,
2711 12 930 0 - 2711 12 910 0 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün,
2711 12 940 0 - təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan,
2711 13 100 0 - emalın spesifik prosesləri üçün,
2711 13 300 0 - 2711 13 100 0 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün,
2711 13 910 0 - təmizliyi 90 %-dən çox, lakin 95 %-dən az olan,
2711 13 970 0 - digərləri.
Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. Qərarın iyulun 12-də qəbul edildiyini nəzərə alanda, yeni rüsumlar avqustun 12-də qüvvəyə minəcək.
Bəzi mallar gömrük rüsumundan azad edildi – YENİ QƏRAR
07:57
15 İyul 2019