Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Bələdiyyə bildirişləri elektron qaydada göndəriləcək.
Fərmana əsasən, Nazirlər Kabineti bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və Sistemdən əldə ediləcək məlumatların dairəsini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.