ABŞ prezidenti Donald Trampın İranla əməkdaşlıq edən ölkələr və şirkətlərə də sanksiya tətbiq edəcəyi ilə bağlı açıqlamasına Belçikadan etiraz gəlib.
FED.az İHA-ya istinadən xəbər verir ki, Belçika daxili işlər naziri Didye Reynders şirkətlərin İranla əməkdaşlıq edib-etməmək qərarını özlərinin verməli olduğunu bildirib:
“Heç bir şirkətə İranla əməkdaşlıq edib-etməməklə bağlı təzyiqimiz olmayacaq. Bir çox şirkət ABŞ-ın sanksiyasından qorxduğu üçün İranla çalışmayacaq. Amma biz bu ölkə ilə işləmək istəyən şirkətlərə hökumət olaraq dəstək verəcəyik”.
Reynders sözlərinə əlavə edib ki, Belçika nüvə razılaşmasının doğru şəkildə tətbiqini təmin etmək məqsədilə Avropa İttifaqı ilə fəaliyyətə davam edir.