“Belavia” aviaşirkəti Azərbaycanda hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Bakıya reysləri ləğv edib.
Eləcə də bax: "Ermənistana məxsus təyyarəni Türkiyə vurub" xəbərinə - REAKSİYA
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Oktyabrın 1-i və 3-nə Minskdən Bakıya, həmçinin oktyabrın 2-si və 4-nə Bakıdan Minskə uçuşlar ləğv edilib", - deyə "Belavia"dan bildiriblər.
Səbəb Dağlıq Qarabağda təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycanda hərbi vəziyyətin elan edilməsidir.
Bununla yanaşı, "Belavia"nın mətbuat xidmətindən qeyd ediblər ki, Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və hava əlaqəsinin bərpasına hazır olacaqlar.
"Biz Azərbaycanda vəziyyətin inkişafını diqqətlə izləyirik və ümid edirik ki, tezliklə hər şey yoluna düşəcək, lakin yaxın həftəyə olan uçuşlar ləğv edilib", - deyə məlumatda bildirilir.
İnterfaks-Azərbaycan