Sentyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Xarici İşlər Nazirliyindən FED.az-a verilən xəbərə görə, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.