Yusif Səfərov layihəsi çərçivəsində sözügedən küçənin Mehdi Mehdizadə və Sabit Orucov küçələri kəsişməsində quraşdırılan işıqfor obyektləri test rejimində işə salınaraq təhlillər aparılır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) FED.az-a verilən məlumata görə, layihə çərçivəsində Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb. Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1.5 km qısalıb.
Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb.
Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.
Sürücülərdən xahiş olunur ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər.