Prezident İlham Əliyev İqtisadiyyat naziri Şahin Mustafayevi vəzifəsindən azad edərək baş nazirin müavini təyin edib. Odur ki, FED.az Şahin Mustafayev haqqında məlumatları təqdim edir.
1965-ci ildə anadan olub.
1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.
1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.
1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.
1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.
2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.
2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.
2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.
2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.
2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri olub.
2016-cı ilin yanvarın 15-dən bu günə kimi (22 oktyabr) iqtisadiyyat naziri olub.
Ailəlidir, 3 övladı var.