Baş nazirinin müavini Əli Əhmədov yanvarın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb.
FED.az xəbər verir ki,bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edildi.