Baş nazir Milli Məclisdə onlayn hesabat verəcək.
Eləcə də bax: Baş Nazir Milli Məclisdə hesabat verəcək - TARİX
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, Baş Nazir Əli Əsədov parlamentin 9 aprel tarixli iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatını onlayn şəkildə verəcək.
Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası onlayn qaydada keçirilməsə də, məhz Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabatı onlayn qaydada təqdim edəcək. Bundan başqa, gündəliyə Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də salınıb.
Apa