Noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət və icmal büdcələrinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.
FED.az xəbər verir ki, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları ilk dəfə 5 gün davam edəcək.
Milli Məclisdəki büdcə müzakirələrinə hökumət nümayəndələri ilə birlikdə Baş nazir Novruz Məmmədovun da qatılacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin aprelin 21-də Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.