Prezident İlham Əliyev ölkə banklarının iqtisadiyyatın real sektoruna zəif dəstək verməsindən, istehlak kreditlərinə meyllənməsindən narazı qalıb.
FED.az xəbər verir ki, dövlər başçısı bu barədə 2019-cu ilin 3-cü rübünün nəticələrinə həsr olunan iclasda bildirib.
İclasda bank mövzusu prezidentin ölkədəki real iqtisadi artımla bağlı İqtisadiyyat Naziri Şahin Mustafayevə sualları ilə açılıb. Prezident qeyri neft və ya real sektorunda artım sürətinin lazımi səviyyədə olmamasının səbəbini soruşarkən İqtisadiyyat naziri bildirib ki, əsas səbəb maliyyələşmə ilə bağlıdır: «Sahibkarlığa Yardım fondu bu il biznes sektoruna 130 milyon manat güzəştli kredit ayırıb, ilin sonunadək bu rəqəm 170 milyon manata çatacaq, amma bu azdır və bank sektoru tərəfən də maliyyələşmə zəifdir».
Prezident bu fikri təsdiqləyib: «Düz deyirsiniz bank sektoru iqtisadiyyatın real sektounu artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə də bunu demişəm. Bizim kredit portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir. Bank sektoundakı böhranın səbəblərindən biri də məhz bu idi. Mənə məlumat verir ki yenə də bu meylər artır. Yəni iqtisadiyyatın real sektoruna yox, yenə də istehlak mallarının alınmasına kreditləri verilir. B udavam edərsə biz yenə də bir neçə ildən sonra yenə də xoşagəlməz problemlərlə üzləşə bilərik»-deyə prezident bildirib.