“Bu gün biz özəl sektora aid məsələlərə də toxunduq. Yəni, kiçik və orta sahibkarlıqdan başlayaraq biznes elitasına aid məsələləri müzakirə etdik və bu nəticəyə gəldik ki, biz həmin sahibkarlar arasında işgüzar şura yaradacağıq”.
Eləcə də bax: Azərbaycan və Türkmənistan - PREZİDENTLƏRİNDƏN BƏYANAT
FED.az-ın məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
Q. Berdiməhəmmədov bildirib ki, Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə razılaşdırılıb: “Bu, əlbəttə, əmtəə dövriyyəsinin artırılması üçün bizə daha yaxşı imkanlar yaradacaq. Türkmənistanın və Azərbaycanın hələ istifadə edilməmiş potensialı var”.