"Yaxın vaxtlarda Bakıda daha bir "ASAN xidmət" mərkəzi açılacaq".
Eləcə də bax: “İnsanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, yeni xidmət mərkəzi Nərimanov rayonu ərazisində olacaq.
"Qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar həmin mərkəzin xidmətindən yararlana biləcəklər", - Ü. Mehdiyev deyib.