Banner

Dövlət

Bakıda Azərbaycan Ordusuna - DƏSTƏK YÜRÜŞÜ KEÇİRİLİB

Bakıda Azərbaycan Ordusuna - DƏSTƏK YÜRÜŞÜ KEÇİRİLİB | FED.az
08:02 15 İyul 2020

Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Eləcə də bax: Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO

FED.az xəbər verir ki, əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər.

Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.

Qeyd edək ki, aksiya respublikamızın digər şəhər və rayonlarında da təşkil olunub.  (Report)

Digər xəbərlər

Banner