Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” mövzusunda beynəlxalq forum davam edir.
FED.az xəbər verir ki, tədbirin açılış sessiyasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu çatdırıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə Müavini Li Junhuanın, BMT Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNITAR) İcraçı direktoru Nixil Setin videomüraciətləri yayımlanıb.
Tədbir davam edir.
***
Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” mövzusunda beynəlxalq forum başlayıb.
“ASAN xidmət”in 10 illiyinə həsr olunmuş forumun məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinə əsaslanaraq, bu sahədəki yeniliklərə töhfə vermək, eləcə də dövlət xidmətləri sahəsində yeni texnologiyaların tətbiqi ilə əlaqədar müzakirələr aparmaqdır.
Forumda müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan və platformalardan, eləcə də innovasiyalar üzrə nüfuzlu şirkətlərdən ümumilikdə 50-yə yaxın xarici qonaq iştirak edir.
Öncə “ASAN xidmət”in 10 illik fəaliyyətinə dair hesabat videoçarxı nümayiş etdirilib.
Tədbir çıxışlarla davam edir. (Report)