Azərbaycanda Albaniyanın yeni səfirliyi açılacaq.
Azərbaycanla Albaniya arasında viza rejimi - LƏĞV EDİLƏ BİLƏR
FED.az xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama “X” sosial şəbəkə hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik etdiyi paylaşımında bildirib.
“Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”, - deyə E.Rama qeyd edib.(oxu.az)