Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında və xidmət dairəsindədir, lakin bu icra hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür.
Eləcə də bax: Bakı rayonlarının bir neçə icra başçısına - Ciddi Xəbərdarlıq Edilib
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərdliyi də paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair keçirilən videokonfrans formatında müşavirədə deyilib.
Müşavirədə icra başçılarına “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalı olduqları vurğulanıb. (Report)