A.N.Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən uzaqlaşdırılıb.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı bu gün Sərəncam imzalayıb.
Eləcə də bax: AZTV-nin yeni rəhbəri kimdir? - İdman şərhçisi, müəllim...
Sərəncam:
A.N.Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 yanvar 2019-cu il.
AZTV-nin sədri vəzifəsindən uzaqlaşdırıldı - SƏRƏNCAM
16:43
15 Yan 2019