Azərbaycan Dövlət Televiziyasında (AzTV) İranın Azərbaycana qarşı siyasəti növbəti dəfə ifşa və tənqid edilib.
AzTV-nin «Həftə» proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın Azərbaycanla bağlı şər planlarını, İran mediası və siyasətçilərinin dilindən səslənən böhtan və ittihamlarının sərt tənqid edib.
Verilişdə bildirilib ki, Azərbaycanın öz cənub qqonşusuna həmişə xoş niyyətlə yanaşmasına baxmayaraq inə baxmayaraq, Cənub qonşumuzun hər zaman bizim əleyhimizə addımlar atdığını bildirib.
AzTV bildirib ki, İran Azərbaycana və onun müstəqilliyinə qarşı mənfi münasibətini hələ 1918-ci ildən nümayiş etdirir və indiyədək bu dəyişməyib.
Dövlət Televiziyası İran tərəfinə 1991-ci ildə elan edilən müstəqilliyini yalnız 5 ay sonra tanıdığını, 2001-ci ildə isə Xəzərdə hərbi gəmilərlə Azərbaycanın neft kəşfiyyatı gəmilərinə hücumunuda xatırladıb.
Burada xatırladılıb ki, Azərbaycanın neft qaz layihələrində İran şirkətləri də iştirak edir. Cavabında İran tərəfi Azərbaycan torpaqlarını işğal etmiş, əlləri şəhidlərin qanına batmış, məscidlərdə donuz saxlayan Ermənistan rəhbərliyinə xüsusi mehribanlıq nümayiş etdirib.
«İranın nəzərinə: bizə əl uzadanın əlini, dil uzadanın dilini kəsərik»-deyə Azərbaycan Təleviziyası İrana mesajını verib.