“Azərsu” ASC yeni inzibati binasında son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işləri üçün açıq tender elan edib.
Eləcə də bax: Dövlət Gömrük Komitəsinin yeni binasının - TİKİNTİSİNƏ BAŞLANIR
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 23-ü, saat 16:00-a qədər, tender təklifi, onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 3-ü, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən indiki inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Təchizat və satınalmaların idarə olunması departamentinin əməkdaşı İlqar Tağıyevdir. Telefon: (012) 431-47-67/87 (daxili: 10 33).
Təkliflərə noyabrın 4-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. “Report”