“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən "Elektron faktura" adlı yeni elektron xidmət istifadəyə verilib.
Eləcə də bax: Sayğacların göstəricilərini elektron qaydada belə - DAXİL EDƏ BİLƏRSİNİZ
FED.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, sayca 19-cu olan bu xidmət vasitəsilə əhali qrupu üzrə sayğacsız və mexaniki sayğaclı istehlakçılar içməli su və tullantı su xidmətlərinə görə formalaşmış ən son fakturalarını əldə edə bilərlər.
Xidmətdən istifadə etmək üçün abonentlər www.azersu.az saytına daxil olub "Elektron faktura" (https://xidmet.azersu.az/e-services/exidmet/login/?id=5) panelini seçir. Açılan pəncərədə abonent kodu daxil edildikdən sonra ən son tərtib olunmuş faktura bildirişi dərhal abonentə təqdim olunur. Burada yerləşdirilmiş “Online ödə” pəncərəsi vasitəsilə abonentlər içməli su və tullantı su xidmətlərinə olan borclarını onlayn qaydada ödəyə bilərlər.