Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilənə qədər “Azərsu” və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lər öz fəaliyyətlərini davam etdirəcəklər.
Azərbaycanda yeni dövlət agentliyi yaradılıb - FƏRMAN
FED.az xəbər verir ki, yeni qurum Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin bazasında yaradılıb.
Adı çəkilən səhmdar cəmiyyətləri ləğv olunaraq Agentliyin tabeliyinə verilib.
***
Prezident İlham Əliyev Z.R.Mikayılovun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Sərəncam imzaladı.
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilsin.