“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 28 yanvar 2020-ci il tarixində Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Eləcə də bax: "Azərsu"nu yoxlayacaq şirkət - MƏLUM OLDU
“Azərsu” ASC-dən FED.az-a verilən məlumata görə, 29 yanvar 2020-ci il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Tərtər, 30 yanvar 2020-ci il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Ağdam rayon sakinləri ilə görüşəcək.
Qəbullar Ağcabədi şəhərindəki 5 saylı Regional Sukanal İdarəsinin inzibati binasında, Tərtər Gənclər Mərkəzində və Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Ağcabədi, Laçın, Tərtər və Ağdam rayon sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.